sonnoqte.az
Xəbər başlıqları
  • 12:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 12:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 12:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 12:41 – Prezident fərman imzaladı 

Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə səsvermə keçirilir

7-02-2024, 10:10 172 dəfə baxılıb

Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə səsvermə keçirilir


İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar prezident seçkisi üzrə səsverməyə start verilib.

Səhər saat 08:00-da məntəqə açılıb.

Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb.

14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir.

Müşahidəçilər səsvermə prosesini izləyirlər.

Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO