sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Azərbaycanda Ermənistanın dağ-mədən xəritəsi hazırlanır

2-02-2024, 12:20 168 dəfə baxılıb

Azərbaycanda Ermənistanın dağ-mədən xəritəsi hazırlanır


Azərbaycanda Ermənistanın dağ-mədən xəritəsi hazırlanır.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kartoqraflar İctimai Birliyinin sədri Müqabil Bayramov deyib.

O bildirib ki, xəritənin 40%-i hazırdır: “Xəritə iki formatda hazırlanır. Bu xəritələr vasitəsilə bilmək olacaq ki, Ermənistanın harada faydalı qazıntıları var. Xəritə Ermənistanın Azərbaycanla sərhədində olan dağ-mədən sənayesinin yerləşdiyi yerləri deyil, bütün Ermənistanı ərazisini əhatə edəcək. Eyni zamanda, xəritədə ekoloji məlumatlar da yerləşdiriləcək. Hansı çaylar hansı maddələrlə çirkləndirilir və hara axıdılır. Xəritənin təqdimatı dörd aydan sonra planlaşdırılır. Xəritə Azərbaycan, ingilis və erməni dillərində olacaq”.

Müqabil Bayramov qeyd edib ki, xəritə Azərbaycan toponimləri ilə əsasında hazırlanacaq.

“Biz bu xəritələri ölkəmizdə keçiriləcək COP29 tədbirinin iştirakçılarına paylamağı da düşünürük”, - o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO