sonnoqte.az
Xəbər başlıqları
  • 11:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 19:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 19:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Sülh sazişinə təzminat tələbi salına bilər? - AKTUAL

29-11-2023, 16:00 129 dəfə baxılıb



Təzminat məsələsi hər zaman müharibə bitəndən sonra gündəmə gətirilir. Yəni məğlub tərəf kapitulyasiya şərtlərini qəbul etdikdən sonra danışıqlar zamanı təzminat məsələsi də müzakirə edilir.

Bu sözləri Axar.az-a Ermənistanın Azərbaycana təzminat ödəməsi məsələsi ilə bağlı danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

Professor təzminat tələbinin rəsmi şəkildə elan edilməli olduğunu bildirib:

“44 günlük müharibənin üzərindən 3 ildən artıq müddət keçsə də, Azərbaycan bu gün, sabah və ümumiyyətlə, istədiyi vaxt Ermənistana qarşı təzminat tələbini irəli sürə bilər. Çünki rəsmi İrəvanın Azərbaycanın ərazisini onillərlə işğalda saxladığı, dağıtdığı, şəhər-kəndləri yer üzündən sildiyi açıq şəkildə ortadadır və vurduğu ziyana görə də təzminat ödəməlidir. Azərbaycan bütün ziyanı hesabladıqdan sonra təzminat tələbini rəsmi şəkildə bəyan etməlidir”.

Fərhad Mehdiyev Azərbaycanın təzminat şərtinin sülh müqaviləsi mətninə salınması haqqını özündə saxladığını vurğulayıb:

“Fikrimcə, Azərbaycan sülh müqaviləsinin imzalanmasını istədiyi üçün təzminat məsələsini hələlik gündəmə gətirmir. Digər tərəfdən dövlətimiz Ermənistanın irəli sürüləcək təzminatı ödəmək imkanının olmadığını bilir. Bu məsələ işğal dövründə rayonlarımızın qarət edilməsi, dağıdılması, eyni zamanda Gəncənin, Bərdənin raket atəşinə tutulması da daxil olmaqla, bir çox məsələləri əhatə edir. Azərbaycanın bu haqqından imtina edəcəyini düşünmürəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO