sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Zaxarovadan Azərbaycan anklavları açıqlaması

3-08-2023, 11:06 86 dəfə baxılıb

Zaxarovadan Azərbaycan anklavları açıqlaması


Ermənistan və Azərbaycan arasında anklav ərazi mübahisələri məsələləri Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesi çərçivəsində həll edilməlidir. 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan tərəfinin Ararat və Tavuş sərhədindəki yeddi anklavın geri qaytarılması tələbi ilə bağlı Rusiya tərəfinin mövqeyini açıqlayarkən deyib.

“Biz o mövqedən çıxış edirik ki, ərazi mübahisələri məsələləri Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası prosesi çərçivəsində həll olunmalıdır və bu, müvafiq ikitərəfli komissiya tərəfindən əlaqələndirilir. Uzun fasilədən sonra iyulun 12-də komissiyanın 4-cü iclasının keçirilməsini alqışlayırıq”, - Zaxarova qeyd edib.

İrəvanın Rusiyanın və sülhməramlıların üzərinə düşən missiyanı yerinə yetirməməsi ilə bağlı səsləndirdiyi itithamlara gəldikdə Zaxarova deyib ki, Ermənistan rəhbərliyi  Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqdan sonra özlərinin dedikləri kimi, səylərin olmaması ilə bağlı Rusiyaya qarşı hər hansı iddialar ikiqat yersiz görünür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO