sonnoqte.az
Xəbər başlıqları
  • 11:33 – Onlar general-leytenant oldu - Sərəncam 
  • 11:23 – DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı 
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:29 – Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar 

Yevlaxda Qarabağ erməniləri ilə görüş olacaq?

1-08-2023, 11:07 91 dəfə baxılıb

Yevlaxda Qarabağ erməniləri ilə görüş olacaq?


Azərbaycan və Qarabağ erməni icması  nümayəndələri arasında Bratislavada görüş planlaşdırılsa da, həmin görüş alınmayıb.

Bu barədə Xankəndidəki irredentist qüvvələrin nümayəndəsi, qondarma “anti-böhran rəsmisi” Tiqran Petrosyan yazıb.

“ABŞ və Avropa indi üçüncü ölkədə Azərbaycan və Qarabağın erməni icmasının nümayəndələri arasında görüş təşkil etməyə çalışırlar”, - Petrosyan qeyd edib.

Onun sözlərinə görə, ilkin razılaşmaya əsasən, avqustun 1-də Sofiyada ictimai təşkilatların nümayəndələri arasında görüş keçirilməli idi.

O qeyd edib ki, Rusiya bundan xəbər tutub və müəyyən addımlar atıb.

“Sonra format dəyişdi. Görüş Bratislavada keçirilməli idi, lakin ötən gün Bakı heç bir səbəb göstərmədən görüşdən imtina etdi. Sabah və ya o biri gün Qərb ölkələrinin nümayəndələri gələcək, müəyyən müzakirələr aparılacaq və onlar başa çatdıqdan sonra nəticələri təqdim edəcəyəm. Moskva bizə Yevlaxda görüş təklif edir”, - o vurğulayıb.

O əlavə edib ki, Qarabağda vəziyyət son dərəcə ağırdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO