sonnoqte.az
Xəbər başlıqları
  • 19:03 – Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN 
  • 12:21 – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verildi 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 

Prezident dövlət xidmətinə yeni səlahiyyət verdi

14-04-2023, 12:24 140 dəfə baxılıb

Prezident dövlət xidmətinə yeni səlahiyyət verdi


“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib. 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, əsasnaməyə aşağıdakı məzmunda 3.1.3-3-cü və 3.2.3-3-cü yarımbəndlər əlavə edilir:

“3.1.3-3. “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi;

3.2.3-3. “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi vasitəsilə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müraciətlərin qəbulu, baxılması və cavablandırılması”.

Bundan başqa, 5.1.28-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunur və aşağıdakı məzmunda 5.1.29-cu və 5.1.30-cu yarımbəndlər əlavə edilir:

“5.1.29. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlər və həmin müraciətlərə baxılması üzrə sənədlər;

5.1.30. icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair icarəçilər tərəfindən təqdim edilmiş məlumatlar”.

Eyni zamanda, 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 18-ci və 19-cu abzaslar əlavə edilir:

“18. dövlət mülkiyyətində olan torpaqları icarəyə (istifadəyə) götürmək məqsədilə müraciət etmək;

19. icarəyə götürdüyü dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair məlumat təqdim etmək”.
Dəyişikliklə aşağıdakı məzmunda 7.1.10-cu və 7.1.11-ci yarımbəndlər əlavə edilir:

“7.1.10. rayon (şəhər) icra hakimiyyəti orqanları:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlərə baxmaq;

7.1.11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlər üzrə rəy vermək.”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO