sonnoqte.az
Xəbər başlıqları
  • 19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 

Gorus-Xankəndi yolunun marşrutu dəyişdirilir – Paşinyan

30-03-2023, 11:46 142 dəfə baxılıb

Gorus-Xankəndi yolunun marşrutu dəyişdirilir – Paşinyan


Ermənistandan Qarabağa gedən yolun marşrutu dəyişdiriləcək.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistandan Laçın yoluna birləşən yol tam hazır olmadığı üçün əvvəlcə Gorunzur (Kornidzor) körpüsü ilə Ermənistana daxil olan, sonra Azərbaycan ərazisindən, sonra isə yenidən Ermənistan ərazisindən keçən müvəqqəti marşrutdan istifadə edilib. Hazırkı razılaşmaya görə, bu marşrut 2023-cü il aprelin 1-dək fəaliyyət göstərməli idi”, - Paşinyan bildirib.

O qeyd edib ki, ötən gün Ermənistan Azərbaycana məlumat verib ki, razılaşmaya əsasən, Gorunzur (Kornidzor) körpüsündən sonra yol yalnız Ermənistan ərazisindən keçəcək və sərhəd qoşunları Ermənistan sərhədinin mühafizəsini öz üzərinə götürəcək:

“Ermənistan mövqelərində heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik sərhəd mühafizəsinin Ermənistan ordusundan sərhədçilərə verilməsidir. İrəvan eyni dəyişikliyi Azərbaycan tərəfinə də təklif edib”.

Qeyd edək ki, Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri ötən gün nəzarətə götürüb.//Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO