sonnoqte.az
Xəbər başlıqları
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 11:11 – İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar 

Fransalı senator Bakı və Paris küçələrini müqayisə edib - FOTO

16-03-2023, 10:02 156 dəfə baxılıb

Fransalı senator Bakı və Paris küçələrini müqayisə edib - FOTO


Fransa Senatının Orne departamentindən olan üzvü Natali Qule Twitter-də Paris küçələrinin görüntülərini paylaşaraq, müqayisə üçün müasir Bakının küçə və meydanlarının bir neçə fotosunu yerləşdirib.

Parisin Bulon-Bilyankur qəsəbəsindən olan Natali Qulenin Twitter-də yazdığı yazıda o, Bakı küçələrinin heyrətamiz təmizliyini və baxımlılığını qeyd edir.

Onun sözlərinə görə, bunu Fransa paytaxtı haqqında demək çətindir.

Natali Qulenin sözlərinə onu da əlavə etmək lazımdır ki, Bakının  yarımsəhra landşaftına və çətin iqlim şəraitinə malik olmasına baxmayaraq, özünəməxsus memarlıq görünüşü ilə yanaşı, həm də təmizliyi, səliqəsi və yaşıllıq zənginliyi ilə Avrasiya məkanındakı şəhərlərdən fərqlənir.

Bakının təmizliyi son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəlib ki, bu da həm bakılıların, həm də Azərbaycan paytaxtının çoxsaylı qonaqları tərəfindən daim qeyd edilir.//Qafqazinfo







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO