sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Blinken Əliyev və Paşinyanla görüşəcək

18-02-2023, 11:32 212 dəfə baxılıb

Blinken Əliyev və Paşinyanla görüşəcək


ABŞ dövlət katibi Entoni Blinken Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

 Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb. Məlumata görə, görüş yerli vaxtla 13:35-ə nəzərdə tutulub. Onun bu görüşə Münhendə G7 ölkələrinin xarici işlər nazirləri ilə görüşdən sonra qatılacağı bəlli olub. Azərbaycan və Ermənistan liderləri ilə görüşdən sonra isə Blinken Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə bir araya gələcək.

Qeyd edək ki, bundan öncə Blinkenin hər iki liderlə ayrı-ayrılıqda telefon danışığı olub. Bundan başqa ABŞ Dövlət Departamenti də Blinkenin hər iki liderlə görüşünün təşkili üzərində işlədiyini açıqlayıb. Üstəlik, bu həftə ərzində Blinkenin müavini Karen Donfrid Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO