sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

Sahibə Qafarova iranlı həmkarını peşman etdi - TƏRS ŞİLLƏ

10-01-2023, 10:52 180 dəfə baxılıb

Sahibə Qafarova iranlı həmkarını peşman etdi - TƏRS ŞİLLƏ


Antalyada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafla görüş keçirilib.

MEHR xəbər verir ki, görüşdə qonşu ölkənin rəsmisi Tehranın mövqeyini yenidən dilə gətirərək “İran beynəlxalq sərhədlərdə heç bir dəyişikliyi qəbul etməyəcək” deyən zaman azərbyacanlı həmkarı onu peşman edib.

Sahibə Qafarova həmkarı çıxışını bitirdikdən sonra İranı Azərbaycanla beynəlxalq səviyyədə əməkdaşlığa çağırıb.

O bildirib ki, dəfələrlə İrana səfər edib və Qalibafı Azərbaycana səfərə dəvət edib.

“İki ölkəni bir araya gətirən təkcə coğrafiya və sərhədlərin yaxınlığı deyil, həm də biz müsəlmanıq və İran xalqının böyük bir hissəsi azərbaycanca danışır”, - deyə Qafarova əlavə edib.

Azərbaycan Milli Məclis spikerinin “azərbaycanca danışır” sözləri İran rəsmisi üçün bir qədər gözlənilməz olub. O, üz mimikası ilə narahatlığını ifadə etsə də, bu mövzuda susqun qalıb. 

Qafarova eyni zamanda bildirib ki, Azərbaycan sülh və təhlükəsizliyi dəstəkləyirik: “Regionda sülh və sabitliyin bərqərar olmasını istəyirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO