sonnoqte.az
Xəbər başlıqları
  • 11:49 – Prezident müşavirə keçirib - FOTOLAR 
  • 11:37 – İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib 
  • 09:00 – Dövlət başçıların İlham Əliyevə təbrikləri davam edir - YENİLƏNİB 
  • 20:27 – Prezidentə Fəxri doktor adı verildi 

İlham Əliyev İqor Levitini qəbul etdi

5-12-2022, 12:29 170 dəfə baxılıb

İlham Əliyev İqor Levitini qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.

"Report" xəbər verir ki, İqor Levitin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, o cümlədən iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edildi, nəqliyyat-infrastruktur sahələrində həyata keçirilən birgə işlərin önəmi qeyd olundu.

Söhbət zamanı ikitərəfli və regional müstəvidə nəqliyyat, tranzit, logistika, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi imkanlarının genişləndirilməsi və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə edildi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO