sonnoqte.az
Xəbər başlıqları
  • 14:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 19:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 19:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 18:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

Haluk Bayraktar: “Azərbaycanda gənclərin texnologiyaya marağını artırmaq üçün əlimizdən gələni edəcəyik”

27-05-2022, 11:47 232 dəfə baxılıb

Haluk Bayraktar: “Azərbaycanda gənclərin texnologiyaya marağını artırmaq üçün əlimizdən gələni edəcəyik”


“Teknofest” dörd ildir Türkiyədə keçirilir və bu festival ölkə hüdudlarından kənarda ilk dəfə qardaş Azərbaycanda keçirilir”.

Bunu Trend-ə açıqlamasında “Baykar Savunma” şirkətinin rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar bildirib.

Onun sözlərinə görə, Azərbaycanda olan gənclərin yeni nəsil texnologiyalarla tanış olması, texnologiya sahəsinin inkişafı üçün bu festival önəmli yer tutur.

“Azərbaycanda texnologiyanın inkişafı, gənclərdə bu sahəyə marağı artırmaq üçün əlimizdən gələni edəcəyik. PUA-larımız hazırda da buradadır. Lakin bizim bu texnologiyaları daha da inkişaf etdirəcək kadrlara ehtiyacımız var. Onlarda da ancaq bu cür festivallarda maraq oyanır, xəyal qura bilirlər. Bu səbəbdən “Teknofest” hər iki ölkədə texnologiyanın inkişafı, bu sahədə gələcək kadrların yetişməsi üçün mühüm rol oynayır”, - deyə H.Bayraktar bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO