sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 
  • 11:19 – COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan "yaşıl enerji dəhlizi"nin yaradılması üzrə memorandum imzalayıblar 
  • 13:38 – “Onlara pis xəbərim var...” - İlham Əliyev 
  • 13:13 – Prezident İlham Əliyev COP29 Liderlər Sammitində çıxış etdi: dövlət başçısından mühüm mesajlar 

Yoluxma artır, qapanmalar ola bilər (XƏBƏRDARLIQ)

11-08-2021, 10:48 195 dəfə baxılıb

Yoluxma artır, qapanmalar ola bilər (XƏBƏRDARLIQ)


Yoluxma sayının artması koronavirus pandemiyasını yenidən alovlandıra bilər. Həkimlər pandemiyanın yeni dalğasının ola biləcəyini deyir. Bir çox qadağaların götürülməsi, kütləvi tədbirlərin keçirilməsi virusun yenidən alovlanmasına səbəb olur. Mütəxəsislər yoluxma sayının aşağı salınması üçün ilk növbədə vətəndaşları həssaslıqla gigiyenik qaydalara əməl etməyə və vaksinasiyaya çağırır.
"Xəzər TV" xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadənin sözlərinə görə, Azərbaycan vətəndaşları koronavirusun yeni ştamlarının region ölkələrində yayılmasını nəzərə alıb, daha ehtiyatlı olmalıdırlar. Xüsusilə yoluxma sayının artdığ bir vaxtda əsas köməkçi vasitə vaksinasiyadır. O deyib ki, vaksin olunan şəxslər əksər hallarda yoluxmanı çox zəif simptomlarla keçirir.

Həkim onu da bildirib ki, ötən aylara nisbətən reanimasiyada müalicə alan xəstələrin də sayı artıb. Hazırda reanimasiyada olan koronavirus xəstələri vaksin vurdurmayanlardır. Ağırlaşmalar yalnız vaksinasiyadan keçməyənlərdə baş verir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

<embed width="640" height="360" src="https://player.olke.az?v=1770&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO