11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar
14:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident
14:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
Bəhram Bağırzadə: “Planet Parni iz Baku”nun səviyyəsini aşağı salmışıq” - VİDEO
7-04-2021, 08:51
405 dəfə baxılıb
Mən indi yumoristik verilişlərə baxmıram, çünki səviyyələri çox aşağıdır. Bu da savadsızlıqdan və cahillikdən irəli gəlir. Bunu ARB24-ün “Telebloq” verilişinin qonağı olan əməkdar artist Bəhram Bağırzadə deyib.
“Biz Moskvada çıxış edəndə rus KVN-şiklərə sübut etdik ki, Çexovu, Dostoyevskini, Tolstoyu və digər rus yazıçıların əsərlərini və ədəbiyyatını onlardan yaxşı bilirik. Ona görə də qalib gəldik. İndi isə gənclər gedib Moskvada qalib gələ bilməyəcək. Çünki savad, elm, dünyagörüşü yoxdur.
Bəlkə nə vaxtsa Azərbaycanda futbol olacaq, amma KVN olmayacaq”, - o bildirib.
Əməkdar artist məcburiyyət qarşısında özlərini də kütlənin səviyyəsinə saldıqlarını qeyd edib:
“Planet Parni iz Baku”nun da problemi ondadır ki, biz bu gün onun səviyyəsini kütlənin səviyyəsinə salmışıq. Bu, böyük problemdir. Mən rahatam ki, hər iki zarafatı bacarıram. Amma başa düşürəm ki, bunu etmək olmaz. Lakin məcburiyyət qarşısındayam. Əks halda bilirəm ki, baxan olmayacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: