sonnoqte.az
Xəbər başlıqları
  • 11:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 13:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 11:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 11:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Maqsud Mahmudovun istintaqı başa çatıb: 90 nəfər zərərçəkən var

26-01-2022, 09:52 146 dəfə baxılıb

Maqsud Mahmudovun istintaqı başa çatıb: 90 nəfər zərərçəkən var


Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA  xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

İş üzrə 90 nəfər zərərçəkən şəxs qismində tanınır.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub.

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO