sonnoqte.az
Xəbər başlıqları
  • 10:08 – Prezident qəbul keçirdi - FOTOLAR 
  • 10:29 – İlham Əliyev Stiv Deynsi qəbul etdi 
  • 10:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 
  • 10:01 – İlham Əliyevdən Trampa məktub 

Nazirliyin qoyunlarını oğurladı

Bu gün, 13:11 3 dəfə baxılıb

Nazirliyin qoyunlarını oğurladı


Zaqatalada dövlətə məxsus xırdabuynuzlu heyvanları oğurlayan şəxsə hökm oxunub.

 Qaynarinfo xəbər verir ki, məhkəmənin müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayında Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən yaşayış evinə bitişik tövləyə qanunsuz daxil olaraq ümumilikdə 27 baş xırdabuynuzlu heyvan oğurlayıb. Oğurlanan heyvanlardan 20 başı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə, 7 başı isə ev sahibinə məxsus olub.

Nəticədə ƏƏSMN-nin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinə 6 631,6 manat, heyvanların saxlandığı evin sahibinə isə 1000 manat maddi ziyan dəyib.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs hadisədən bir gün əvvəl çay kənarında işləyərkən tövlədəki heyvanları görüb və pula ehtiyacı olduğu üçün onları oğurlamaq qərarına gəlib. Gecə saatlarında qapısında qıfıl olmayan tövləyə daxil olaraq heyvanları çıxarıb, çay yatağı ilə sürərək başqa bir bağa aparıb.

Onun ifadəsinə görə, daha sonra tanışına zəng edib həmin yerə gəlməsini istəyib. Tanışına heyvanları oğurladığını və pula ehtiyacı olduğunu dedikdən sonra həmin şəxs 5 baş heyvanı alacağını bildirib. Təqsirləndirilən şəxs qalan 22 baş heyvanı bağda saxlayaraq evinə gedib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ev sahibinə dəymiş 1000 manat maddi ziyanı ödədiyini, əməlindən peşman olduğunu və ilk dəfə məhkum edildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Zərərçəkmiş ev sahibi isə oğurluğun bir nəfər tərəfindən törədilməsinin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, bu sayda heyvanın gecə saatlarında tövlədən çıxarılması və başqa yerə aparılması üçün ən azı bir neçə nəfərin iştirakı lazım olub. O, təqsirləndirilən şəxsin tanışının da məsuliyyətə cəlb edilməli olduğunu deyib.

Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi isə məhkəmədə dövlətə vurulan ziyanın ödənilmədiyini bildirərək oğurlanmış dövlət əmlakının geri qaytarılmasını tələb edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Onun həbsdə və ev dustaqlığında olduğu 4 ay 17 gün müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO