sonnoqte.az
Xəbər başlıqları
  • 11:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar 
  • 20:18 – Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi 
  • 10:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 13:52 – Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi 

Şəhid atası vəfat etdi

Dünən, 10:11 5 dəfə baxılıb

Şəhid atası vəfat etdi


Şəhid Sənan Quliyevin atası Qeyrət Quliyev vəfat edib.

O, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Quliyev Sənan Qeyrət oğlu 1991- ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ailəsi böyük faciələr yaşayıb. Onun əmisi Quliyev Gündüz Əlqəmə oğlu 8 sentyabr 1991-ci il tarixində şəhid olub. 17 fevral 1992- ci il tarixdə Qaradağlı kəndi Ermənistan ordusu tərəfindən işğal olunan zaman babası Quliyev Əlqəmə ilə yanaşı 100 nəfərdən çox həmkəndlisi və digər yaxın qohumları ilə birlikdə ermənilər tərəfindən əsir götürülüb, onların yarıdan çoxu qəddarcasına qətlə yetirilib.

Müddətdən artıq xidmət edən Quliyev Sənan Qeyrət oğlu 2014-cü ilin avqust ayının 1-dən 2-nə keçən gecə o zaman qoşunların təmas xətti olan Ağdam-Ağdərə istiqamətində Ermənistan silahlı birləşmələrinin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO