sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu

25-06-2026, 11:21 22 dəfə baxılıb

Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu


Şamaxı rayon sakiniŞamaxı rayon sakini Elçin Sadıqov “Mercedes Vito” markalı avtomobili idarə edərkən sürücülük hüququ məhdudlaşdırıldığına və çoxsaylı ödənilməyən cərimələri olduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin Qobustan rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb. “Mercedes Vito” markalı avtomobili idarə edərkən sürücülük hüququ məhdudlaşdırıldığına və çoxsaylı ödənilməyən cərimələri olduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin Qobustan rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb.

Bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, hüquq və vəzifələri izah olunarkən E.Sadıqov məsuliyyətdən yayınmaq məqsədilə süni gərginlik yaratmağa çalışıb və YPX əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq postu tərk edib.

Görülən tədbirlər nəticəsində E.Sadıqov saxlanılıb. Barəsində tərtib edilmiş inzibati materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, polis əməkdaşlarının qanuni tələblərinə əməl olunması hər bir şəxsin qanunla müəyyən edilmiş vəzifəsidir. Bu tələblərin yerinə yetirilməməsi və məsuliyyətdən yayınmağa yönələn hərəkətlər qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO