13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam
12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
23-06-2026, 10:46
25 dəfə baxılıb
Bakıda azyaşlının motosikletlə hərəkət etməsi müzakirələrə səbəb olub.
Hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, Suraxanı rayonu ərazisində - Aeroport yolunda motosikletdə sərnişin qismində əyləşən azyaşlı qızın heç bir təhlükəsizlik vasitəsindən istifadə etməməsi narahatlığa səbəb olub.
Saatda 80 kilometr sürətlə hərəkət edən motosikletdə uşağın bu formada daşınması ciddi qayda pozuntusu olmaqla yanaşı, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradıb.
Qeyd edək ki, son vaxtlar ölkədə motosikletlərin iştirakı ilə qəzaların sayı xeyli artıb. Bu nəqliyyat vasitəsindən istifadə edən sürücü və sərnişinlərin təhlükəsizlik tələblərinə əməl etməməsi bəzi hallarda ağır nəticələrə gətirib çıxarır.
Bakı Şəhər DYP İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, videogörüntü ilə bağlı hazırda araşdırma aparılır: “Mövcud qanunvericiliyin tələblərinə əsasən motosikletin arxa oturacağında 12 yaşınadək uşaqların daşınması qanunaziddir və öz növbəsində inzibati məsuliyyət yaradır. Dəfələrlə edilən xəbərdarlıqlara, eyni zamanda həyata keçirilən tənbeh tədbirlərinə baxmayaraq, bu gün bəzi motosiklet sürücüləri sərnişindaşıma qaydalarına biganə yanaşırlar ki, nəticədə xoşagəlməz hallar baş verir. Odur ki, sürücülər diqqətli olmalı, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməlidirlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: