sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi

11-06-2026, 09:00 21 dəfə baxılıb

“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi


Masazır qəsəbəsində yol hərəkəti zamanı baş vermiş mübahisə ilə bağlı saxlanılan sürücü hakim qarşısına çıxarılıb.

qafqazinfo xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Həmzə Mustafayevə 15 sutka inzibati həbs verilib.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 232-1-ci (özgənin əmlakını qəsdən zədələmə və ya məhv etmə) maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, iki gün əvvəl sosial şəbəkələrdə H.Mustafayevin mübahisə zamanı idarə etdiyi "Mercedes" markalı avtomobili qəsdən "Kia"nın üzərinə sürdüyünü əks etdirən görüntülər yayılmışdı. Bildirilirdi ki, hadisə zamanı o, qarşı tərəfə nalayiq ifadələr işlədib. Hadisədən sonra sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Zərərçəkən tərəf isə avtomobilinə təxminən 2 min manat ziyan dəydiyini iddia edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO