sonnoqte.az
Xəbər başlıqları
  • 10:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 12:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 11:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 
  • 09:00 – Bu gün Mehriban Əliyevanın doğum günüdür 

Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video

24-04-2026, 10:55 43 dəfə baxılıb

Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video


Nərimanov rayonunda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq cinayətini törətməkdə şübhəli bilinən 20 yaşlı Rafael Quluzadə, 23 yaşlı Eşqin Səmədov, 24 yaşlı Yusif Çərkəzov və onun qardaşı 27 yaşlı Elməddin Çərkəzov saxlanılıb.

 
Oğurlanan qızıl-zinət əşyalarının bir hissəsi R.Quluzadənin Beyləqan rayonu, Əmirzeyidli kəndində yerləşən yaşayış ünvanından aşkar edilərək götürülüb. Hadisədən sonra isə E.Çərkəzov və E.Səmədov qızılların digər hissəsinin satılaraq realizə olunmasını təşkil ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO