sonnoqte.az
Xəbər başlıqları
  • 17:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 11:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 11:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 13:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

“TikTok”da canlı yayımda qəlyan çəkdi - 750 manat cərimələndi

5-03-2026, 09:33 6 dəfə baxılıb

“TikTok”da canlı yayımda qəlyan çəkdi - 750 manat cərimələndi


“TikTok”da qeyri-etik hərəkətlər edən və canlı yayım zamanı qəlyan çəkən şəxs inzibati məsuliyyətə cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, “Yeraz” adlı profillə sosial şəbəkədə canlı yayım açaraq mənəviyyata zidd hərəkətlər edən şəxsin Oğuz rayonunun kəndlərindən birində yaşayan 27 yaşlı S.Sadıqov (şərti) olması müəyyənləşib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin şəxs saxlanılıb və barəsində inzibati protokol tərtib edilib. Bildirilib ki, canlı yayımı 16 nəfər izləyib.

Qeyd olunub ki, vətəndaş sosial şəbəkədə canlı yayım zamanı izləyici kütləsi qarşısında tütün məmulatından (qəlyan) istifadə edərək ictimai mənəviyyata zidd davranaraq cəmiyyətə açıqca hörmətsizlik etmək, eyni zamanda canlı yayım zamanı əxlaqsız ifadələr səsləndirmək yolu ilə xırda xuliqanlıq edib. Həmçinin o, söyüş söyərək hərəkətlərinə davam edib.

Oğuz Rayon Məhkəməsinin qərarı ilə S.Sadıqov 750 manat cərimə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO