sonnoqte.az
Xəbər başlıqları
  • 13:46 – İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 10:58 – Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTOLAR 
  • 21:22 – Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Prezidentdən sərəncam 
  • 20:59 – Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar 

Qazaxıstandan AZAL-ın vurulan təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

3-03-2026, 08:51 4 dəfə baxılıb



Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yaradılmış istintaq komissiyası araşdırmanın mümkün qədər tez başa çatdırılması üçün maksimum səy göstərəcək.

Bu barədə "RIA Novosti" agentliyi Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

"İstintaqın başa çatması üçün dəqiq son tarix hələ müəyyən edilməyib, lakin komissiya araşdırmanı mümkün qədər tez başa çatdırmaq üçün əlindən gələni edir", - deyə nazirlik qeyd edib.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Qeyd edək ki, təyyarə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Qroznı üzərində vurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO