sonnoqte.az
Xəbər başlıqları
  • 19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 

Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü - Foto

14-10-2025, 10:13 53 dəfə baxılıb

Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü - Foto


Tərtərdə 11-ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş verib.

Kənd sakini 2008-ci il təvəllüdlü A.İsayev oxuduğu məktəbdə sinif yoldaşının atası Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.

 İlkin məlumata görə, A.İsayevin bir müddət əvvəl sinif yoldaşı ilə mübahisəsi olub və dava edib. Digər şagirdin atası dərs zamanı məktəbə gələrək sinif otağına daxil olub və A. İsayevə yumruqla xəsarət yetirib. Zərbənin təsirindən məktəblinin burnu qırılıb. Ağır xəsarətlər alan yeniyetmə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı bu gün Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Faktla bağlı tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub. Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırma davam etdirilir”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO