sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Sərhədimizi pozan əcnəbi saxlanıldı - Foto

10-09-2025, 11:02 86 dəfə baxılıb

Sərhədimizi pozan əcnəbi saxlanıldı - Foto


Dövlət sərhədini pozan şəxs saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, dövlət sərhədinin təhlükəsizliyi və etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.

Sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq Respublikası vətəndaşı – 2006-ci il təvəllüdlü Gburi Ameer Wisman saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO