sonnoqte.az
Xəbər başlıqları
  • 11:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 13:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 11:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 11:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

İlqar Mustafayevin 10 milyonluq əmlaklarının SİYAHISI

6-08-2025, 12:06 38 dəfə baxılıb

İlqar Mustafayevin 10 milyonluq əmlaklarının SİYAHISI


Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin böyük “əmlak imperiyası”​na sahib olduğu məlum olub.

12 milyonluq korrupsiya ittihamı ilə həbs edilən eks-məmurun paytaxtın bahalı və prestijli ərazilərində yerləşən mülkləri üzərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs qoyulub. Bu qərar dövlətə dəymiş ziyanın ödənilməsinin təminatı məqsədilə verilib. 

 “Qafqazinfo” xəbər verir ki, daşınmaz əmlaklar arasında Bakının mərkəzi küçələrində yerləşən mənzillər, böyük obyektlər və lüks bağ evləri yer alır.

Xətai rayonunda - Ağ Şəhərdə, Xudu Məmmədov və Nəcəfqulu Rəfiyev küçələrində 7 lüks mənzil;

Elə həmin rayonda, Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsində yerləşən, sahəsi 715,3 m² olan böyük obyekt;

Səbail rayonunda - Üzeyir Hacıbəyli və Neftçi Qurban Abbasov küçələrində 3 mənzil;

Xəzər rayonu, Şüvələn qəsəbəsi - biri 875,6 m² sahəyə malik olmaqla 2 villa tipli bağ evi;

Pirallahı rayonunda - bağ evi;

Xəzər və Qusar rayonlarında - torpaq sahələri.

Bu əmlakların hamısı artıq dövlət nəzarətindədir. Onların gələcək hüquqi taleyi Bakı Ağır Cinayətlər Məhkəməsində həll olunacaq. Son ilin ən böyük korrupsiya cinayətini hakim Leyla Əsgərova-Məmmədova araşdıracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO