sonnoqte.az
Xəbər başlıqları
  • 11:55 – Prezident yeni səfiri qəbul etdi - FOTOLAR 
  • 14:34 – Prezident onları "Tərəqqi" medalı ilə təltif edib 
  • 11:33 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:27 – Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - Fotolar 

Polis əməliyyat keçirdi - 10 kiloqram narkotik vasitə aşkarlandı

4-03-2025, 10:32 71 dəfə baxılıb

Polis əməliyyat keçirdi - 10 kiloqram narkotik vasitə aşkarlandı


Göyçayda əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb. 

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 43 yaşlı Rəşad Babaşov saxlanılıb.

Ondan 5 kiloqram 525 qram marixuana, 2 kiloqram 650 qram tiryək, 1 kiloqram həşiş, 500 qrama yaxın heroin, 100 ədəd tramadol və tapança aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə R.Babaşov barəsində həbs qətimkan tədbiri seçilib. 

Keçirilən digər əməliyyatlarla Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Röyal Səmədov, Rafiq İsmayılov və daha 15 nəfər tutulub. Onlardan heroin, marixuana və metamfetamin aşkar olunub.

Araşdırmalar davam etdirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO