sonnoqte.az
Xəbər başlıqları
  • 13:42 – Xocalıda kərpic zavodu açıldı - Fotolar 
  • 13:13 – Prezident İlham Əliyev Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub 
  • 12:24 – Prezident Ağdamda - FOTO - YENİLƏNİB 
  • 09:08 – İlham Əliyev Qarabağ atının alnından niyə öpdü: Qurbanquluya Şuşada verilən şifrəli mesajın və hədiyyənin anlamı - VİDEO 

Ağır qəzada ölən Cavid vəzifəli şəxsin oğlu imiş - FOTO

5-03-2024, 10:08 69 dəfə baxılıb

Ağır qəzada ölən Cavid vəzifəli şəxsin oğlu imiş - FOTO


Martın 3-də Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, toy karvanından qayıdarkən baş verən ağır yol qəzasında dünyasını dəyişən “BMW X5”in sürücüsü 26 yaşlı Cavid Mürsəlov vəzifəli şəxsin oğludur.

Onun atası Elşən Mürsəlov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktorudur.
Xatırladaq ki, rayonun Üçtəpə kəndində baş verən hadisə zamanı üç nəfər xəsarət alıb. Belə ki, hərəkətdə olan “BMW X5” ilə “VAZ 2106” markalı minik maşını toqquşub. Hadisədən sonra “BMW X5” yoldan çıxaraq hasara, daha sonra isə ağaca çırpılıb. Qəza zamanı “BMW X5”in sürücüsü, 26 yaşlı Cavid Mürsəlov xəstəxanaya aparılarkən yolda ölüb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO