sonnoqte.az
Xəbər başlıqları
  • 17:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 11:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 11:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 13:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Bakıda temperatur iqlim normasından 5 dərəcə yuxarı olub - FAKTİKİ HAVA

11-08-2023, 08:58 107 dəfə baxılıb

Bakıda temperatur iqlim normasından 5 dərəcə yuxarı olub - FAKTİKİ HAVA


Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit olub, yağmursuz keçib.

Xidmətdən  bildirilib ki, havanın maksimal temperaturu avqustun 10-da Bakıda iqlim normasından 5 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında, eləcə də Gəncə-Qazax zonasında temperatur 40, Naxçıvan MR və aran rayonlarında 42, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlib.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40, bəzi yerlərdə 41-42, aran rayonlarında 38-40, bəzi yerlərdə 42-44 dərəcə isti olacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO