sonnoqte.az
Xəbər başlıqları
  • 13:46 – İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 10:58 – Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTOLAR 
  • 21:22 – Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Prezidentdən sərəncam 
  • 20:59 – Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar 

“İndi müharibə vaxtı deyil” - Arda Turan dünya liderlərinə səsləndi

27-11-2025, 09:43 11 dəfə baxılıb

“İndi müharibə vaxtı deyil” - Arda Turan dünya liderlərinə səsləndi


“Şaxtyor”un (Donetsk) türkiyəli baş məşqçisi Arda Turan hazırda müharibənin getdiyi Ukraynada futbol oynamağın çətinliklərinə toxunub. 

“O bu barədə UEFA Konfrans Liqasında “Şemrok Rovers”lə oyundan əvvəl keçirilən mətbuat konfransında danışıb.

Çalışdırıcı bildirib ki, hadisələrə neqativ yanaşmaq istəmir: “Bu matç üçün 16 saatlıq yol gəlmişik. Düzdür, neqativ şeylər haqqında danışmaq istəmirəm. Oyunçularıma da təşəkkür edirəm. Təşkilatçılığımız əladır. Mükəmməl avtobusumuz və təyyarəmiz var, amma 16 saatlıq yol bir futbol komandası üçün çox çətindir. Bu, özəl məşqlər üçün problem yaradır”.

Türkiyəli məşqçi həmçinin dünya liderlərinə də müraciət edib: “Ukrayna xalqının həyata baxışını və möhkəmliyini yüksək qiymətləndirirəm. Mən ora gedəndə bombalar var idi. İnsanlar rahatlıqla deyirdilər ki, “yaxşı, raket atıldı, keçdi”. Pilotsuz uçuş aparatları artıq onlar üçün problem deyil. Məndən olsa, 100 dənə problem sayaram, ama artıq baxış bucağımı o insanlara görə dəyişdirirəm. Buradan dünya liderlərinə də demək istəyirəm. Bu, bəlkə Tramp ola bilər, bəlkə Putin, bəlkə Ərdoğan, bəlkə də Zelenski... 

Amma hazırda uşaqlar üçün həyat çox çətindir. Müharibə nədir? Uşaqlar Mars və digər planetləri xəyal edə bilərdilər. İndi müharibə vaxtı deyil. Kiyevdə bir gün keçirsəniz, bəlkə onda futbol haqqında danışa bilərik. Ukrayna xalqını sevirəm, oyunçularımı da. Bu məsələ mənim üçün həssasdır, ona görə də danışmaq istədim”. 

Qeyd edək ki, UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək “Şemrok Rovers”- “Şaxtyor Donetsk” qarşılaşması bu gecə saat 00:00-da “Talla” stadionunda baş tutacaq. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO