sonnoqte.az
Xəbər başlıqları
  • 09:46 – İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir 
  • 21:22 – Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Prezidentdən sərəncam 
  • 20:59 – Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar 
  • 17:06 – “Bu, ədalətimizin son nöqtəsi idi” 

Nəriman "Qarabağ"ı tərk etməyə qərar verib

21-11-2025, 10:49 16 dəfə baxılıb

Nəriman "Qarabağ"ı tərk etməyə qərar verib


"Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə Avropanın bir neçə klubundan ciddi təkliflərin olduğu bildirilir.

Bu barədə Sportinfo yazıb.

Qeyd edilir ki, Nəriman özü də legioner həyatı yaşamağa can atır və gənc forvard bu barədə istəyini baş məşqçi Qurban Qurbanov bildirib.

"Təcrübəli mütəxəssis hazırda komandasında ona ehtiyac olduğunu Nərimanın diqqətinə çatdırıb. Amma uyğun şərtlərdə ayrılığa şərait yaradılacaq. Qısası, milli komandamızın üzvünün ölkəni tərk etmək ehtimalı yüksəkdir", - məlumatda deyilir.

21 yaşlı futbolçu "Xəzər Lənkəran"da futbola başlayıb. 15 yaşından isə Ağdam klubunun akademiyasındadır. O, əsas komandada keçirdiyi 117 oyunda 31 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO