sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

“Qarabağ” 5 min cərimələndi

25-09-2025, 11:11 70 dəfə baxılıb

“Qarabağ” 5 min cərimələndi


AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Misli Premyer Liqasının 5-ci turunun oyunlarında baş vermiş qayda pozuntularınaa hüquqi qiymət verilib:

“Sabah” – “Turan Tovuz” matçına Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə ev sahibi 2000 manat cərimə edilib.

“Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov "Qarabağ"la oyunun 28-ci dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluz cəzalandırılıb. Futbolçunun hərəkətinə görə klub 500  manat cərimələnib.

"Qarabağ" isə azarkeşlərinə görə ziyana düşüb. Ağdam təmsilçisinin azarkeşləri "Araz-Naxçıvan"la qarşılaşmanın 60-cı dəqiqəsində rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün klub 5000 manat cərimə ödəməli olacaq..






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO