sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

Bakının əsas mərkəzi yolları yenidən açıldı

22-09-2025, 09:25 22 dəfə baxılıb

Bakının əsas mərkəzi yolları yenidən açıldı


Son 9 ildə ilk dəfə olaraq, Formula 1 həftəsindən sonra cəmi 12 saat ərzində yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırılıb

Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.

Belə ki, Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra şəhərdə halqa infrastrukturu və "Azneft dairəsi"ndəki tribunalarda tam söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb. Söküntü işlərinin ilk gecəsində saat 06:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissə istisna olmaqla, hərəkət tam bərpa edilib.

Qeyd edək ki, yarış həftəsində bağlı olan yolların əksər hissəsi, şəhərdə tıxacların azaldılması məqsədilə, müəyyən vaxt intervalında sürücülərin istifadəsinə açıq olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərinə və sürücülərə göstərdikləri anlayışa görə təşəkkürünü bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO