sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

“Qarabağ” Çempionlar Liqasına vəsiqə QAZANA BİLƏR

6-08-2025, 14:22 48 dəfə baxılıb

“Qarabağ” Çempionlar Liqasına vəsiqə QAZANA BİLƏR


Son 10 ildə “Qarabağ”ın həyata keçirdiyi transferlərə baxsaq, görərik ki klub bu işdə çox uğurlu olub.

Bunu futbol mütəxəssisi Ağasəlim Mircavadov Modern.az-a açıqlamasında deyib.

O qeyd edib ki, yaxşı oyunçuya sahib olmaq, heç də komandanın yaxşı oyun göstərəcəyi anlamına gəlmir. Mütəxəssisin sözlərinə görə, həmin oyunçunu komanda oyununa uyğunlaşdırmaq lazımdır ki, bu da məşqçilərin əsas öhdəçiliyindədir.

A.Mircavadov onu da əlavə edib ki, hər transferin həm müsbət, həm də mənfi tərəfi olur. Amma ümumilikdə müsbət cəhətlər mənfiləri üstələyir.

“Məsələn, dünən bir futbolçunun oyununu izlədim və onun nə qədər ağıllı, oyunu düzgün oynuyan biri olduğunu gördüm. Bu da onu göstərir ki, transfer sadəcə oyunçu almaq deyil, həmin futbolçunu komandanın oyun tərzinə uyğunlaşdırmaqdır.

Qarabağ-Şkendiya oyunu isə sübut etdi ki, “Qarabağ” çox yüksək səviyyədə çıxış edir və UEFA Çempionlar Liqasının əsas namizədlərindən biridir. Düşünürəm ki, əgər bu templə davam edilsə, “Qarabağ” gələcək vaxtlarda Çempionlar Liqasına vəsiqə qazana bilər".

Xatırladaq ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında ilk oyun keçirilib. 

Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.

Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO