sonnoqte.az
Xəbər başlıqları
  • 11:33 – Onlar general-leytenant oldu - Sərəncam 
  • 11:23 – DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı 
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:29 – Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar 

Komandamız Avropa çempionu oldu - Foto

26-07-2025, 09:38 63 dəfə baxılıb

Komandamız Avropa çempionu oldu - Foto


17– 25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilib.

Sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının  2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edib.  

 Komandamız final mərhələsində güclü Valensiya komandasını 7:2 hesabı ilə məğlub edərək Avropa Universitetləri Futzal Çempionatının qalibi oldu.
Qeyd edək ki, Qasımov Ağaseyid Mirmayıl oğlu çempionatın ən güclü qapıçısı seçilib.

Çempionatın fəxri komandasına komandamızın iki üzvü- oyunçumuz Ağalızadə Xəzər Övsət oğlu və qapıçımız Qasımov Ağaseyid Mirmayıl oğlu daxil edilib.

Komandamızı təbrik edir, uğurlar arzulayırıq.

Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol  Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO