sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

İkiqat İngiltərə çempionu Mahir Emrelini izləyir

11-06-2025, 08:26 74 dəfə baxılıb

İkiqat İngiltərə çempionu Mahir Emrelini izləyir


İngiltərənin daha bir klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə maraqlanır.

oxu.az xəbər verir ki, bu, hazırda Çempionşipdə çıxış edən "Derbi Kaunti"dir.

1971/1972 və 1974/1975 mövsümündə İngiltərə çempionu olmuş komanda 27 yaşlı hücumçunu yaxından izləyir.

Bundan əlavə, bu ölkənin "Hull Siti" klubu da Emreliyə təklif göndərib. Lakin forvard hazırda Almaniyada qalmağa üstünlük vermək niyyətindədir. Onun bir-iki həftə ərzində qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, Mahir Emreli son olaraq Almaniyada "Nürnberq"in formasını geyinib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO