19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
10:46 – İlham Əliyev İordaniya Kralını təbrik edib
11:37 – İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib
09:00 – Dövlət başçıların İlham Əliyevə təbrikləri davam edir - YENİLƏNİB
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV NOVRUZ BAYRAMI MÜNASİBƏTİ İLƏ ŞƏHİD AİLƏLƏRİNİ VƏ QAZİLƏRİ ZİYARƏT EDİB, GÖRÜŞƏRƏK ONLARA BAYRAM SOVQATI VERİB
18-03-2022, 00:48
340 dəfə baxılıb
Martın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Daşkəsəndə Vətən müharibəsi şəhid ailələri və qazilərə bayram sovqatı verərək görüşlər keçirib. Rayon rəhbəri şəhidlərin ailə üzvlərini və qaziləri Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqlarına əsasən Daşkəsəndə də dövlət qurumları şəhid ailələri və qazilərin problemləri ilə daim yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görür. Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, Onlara Novruz bayramı münasibəti ilə təbriklərini bildiriblər. Daha sonra Əhəd Abıyev rayon ərazisində dislokasiya olan N saylı hərbi hissədə əsgərlərlə görüşüb, hərbi qulluqçuların bayramlarını təbrik edib, bayram sovqatı verib.
Elmar Əliyev –Vüqarlı Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: