sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

ŞƏHİD

21-10-2021, 11:48 636 dəfə baxılıb



Qəzetlərin birində yaxın dostum Mais Təmkinin bir şeirinə rast gəldim. Bu isdedad sahibinin şeirlərini mütəmadi oxuyuram. Sizə indi təqdim edəcəyim şeir məni yaman duyğulandırdı. Sizlərlə bölüşməyi özümə borc bildim. Axı hər söz vaxtında deyiləndə daha urvatlı olur.

*********

Bu  Vətən   çəkdi   haray,  sən  də   yetişdin   dadına,
Son  qoydun  bu  Vətənin   otuz  illik   fəryadına.
Hamı  rəhmət   oxuyur,  sənin  müqəddəs   adına,
Dönmüsən   dastana  sən,  bil,  bütün  dillərdə,  ŞƏHİD!

Zülmətə  nur  çilədin,  işıqlandı  hər  dağ, dərə,
Yenidən  gəldi  cana   Şuşa,  Zəngilan,  Ağdərə.
Üçrəngli  bayrağımı  sən  qaldırdın  Zirvələrə,
Sənin  eşqinlə  gəzir,  bayrağım  əllərdə,  ŞƏHİD !

Sənin  ayaq  izlərin  hər  qayada,  daşda  qalır,
Həsrətin  gözdə  olan,  seltək   axan  yaşda  qalır.
Bu,  Hüseyn  məktəbidir, ilboyu  yaddaşda  qalır,
Yaşarsan  sən  əbədi,  sevən  könüllərdə,  ŞƏHİD!

Ürəyə  dağ*  kimi  yox,  Zirvətək  sandıq  bu  dağı,
Vuruşdun  ər  kimi  sən, ol   Əli  Əkbərsayağı.
Qurban   verdin  vətənə,  həm  qolunu,  həm  ayağı,
Qaldın  Abbas  kimi  sən,  təşnətək   çöllərdə,  ŞƏHİD !

Yolunu  gözləyənin  ərşə  çəkildi    yuxusu,
Hardandır,  bir  bu  qədər  gözdən  axan  bu  qanlı  su?
Sən  yatan  torpağımdan   hey  gəlir  cənnət  qoxusu,
Bələnib  xoş  ətrinə,  çiçəklər,  güllər  də,  ŞƏHİD !

Bəzədin  öz  qanınla,  əlvan  etdin    bağça-bağı,
Adınla  zinətləndi,  yurdumun   zəfər   sorağı.
Hara  baxsan,  şəninə   açılır  ,,Zəm-zəm"  bulağı,
Ruhuna  edir  dua, içdikcə ellər də,  ŞƏHİD !

Səndən  ibrət  götürən,  anda   sədaqətli   olar,
Atılar  alovlara,  qorxmaz,  cəsarətli  olar.
Məzarın  ildən-ilə  hər  an  təravətli  qalar,
Solmayan  gül  kimisən, bütün  fəsillərdə,  ŞƏHİD !
Yaşarsan  sən   əbədi,  sevən  könüllərdə,  ŞƏHİD !!!

24.09.2021

Mais  Təmkin






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO