sonnoqte.az
Xəbər başlıqları
  • 18:30 – İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib 
  • 11:23 – Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - Fotolar - Yenilənib 
  • 09:43 – İlham Əliyev Ağdamda - YENİLƏNİB 
  • 09:07 – Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olundu - FOTO

7-05-2021, 09:39 258 dəfə baxılıb

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olundu - FOTO


Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib.
Mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə “Anri Delone kuboku” da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO