sonnoqte.az
Xəbər başlıqları
  • 10:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 09:44 – Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir" 
  • 09:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 
  • 09:36 – İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir" 

Prezident babasından danışdı: "İş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var"

19-06-2026, 12:01 20 dəfə baxılıb

Prezident babasından danışdı: "İş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var"


"Ağsaqqallardan söz düşmüşkən, Dağıstan və dağıstanlılar üçün çətin vaxtlarda – Böyük Vətən müharibəsi illərində respublikaya başçılıq edən və Şimali Qafqazın başqa xalqlarından fərqli olaraq dağıstanlıların repressiyalara və deportasiyalara məruz qalmaması naminə çox iş görən mənim babam Əziz Əliyevi xatırlamaya bilmərəm. Bilirəm ki, Əziz Əliyevin xatirəsi Dağıstanda çox əziz tutulur və onun inkişafa verdiyi töhfələr, ən əsası isə müharibənin çox çətin dövründə respublikaya rəhbərlik etməsi və xoş izlər qoyması, əlbəttə ki, bizim üçün və onun nəvəsi kimi mənim üçün qürur mənbəyidir."

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Rusiyanın Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edərkən deyib.

"Mənim otağımda heykəl var. Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar. Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var. Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır. Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur və bir daha demək istəyirəm: Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır" - dövlət başçısı bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO