17:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
12:55 – Prezident gənclərin tərbiyəsindən danışdı
12:49 – Prezident və birinci xanım Şamaxıda
11:14 – İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi
İlham Əliyev: “Tuğ erməni kəndi olsaydı, məktəbi dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır!” - VİDEO
17-03-2021, 09:19
372 dəfə baxılıb
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfərləri zamanı Tuğ kəndində də olublar. Bununla bağlı Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsində video paylaşıb.
Ölkə başçısı Tuğ kəndinin qədim Azərbaycan kəndi olduğunu xüsusi vurğulayıb.
Prezident həmçinin ermənilər tərəfindən işğal zamanı dağıdılmış kənd mktəbini göstərərək bildirib:
“Sonra da deyirdilər Tuğ erməni kəndidir. Əgər bura erməni kəndi olsaydı, məktəbi dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub!”
Ölkə başçısı Tuğ kəndinin sakinlərinin yaxın gələcəkdə öz doğma yurdlarına qayıdacaqlarına əmin olduğunu vurğulayıb.
Daha sonra Prezident və Birinci vitse-prezident digər bir qədim Azərbaycan kəndi olan Azıx kəndinə yola düşüblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: