sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

Deputat: "Ermənistandakı revanşistlər ordumuzun təlimlərinin nə demək olduğunu yaxşı anlayır"

11-03-2021, 11:23 314 dəfə baxılıb

Deputat: "Ermənistandakı revanşistlər ordumuzun təlimlərinin nə demək olduğunu yaxşı anlayır"



Ermənistanda revanşizm haqqında düşünənlər ordumuzun dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirəcəyi təlimlərin nə demək olduğunu yaxşı anlamalıdır.
Bunu millət vəkili Sahib Alıyev Azərbaycan ordusunun keçircəyi növbəti hərbi təlimlərlə bağlı mövqeyini açıqlayarkən deyib.

"Oxuyuram ki, Azərbaycan Ordusu 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank,  digər zirehli texnika, 200-dək  raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi, minaatanlar, 30-dək hərbi aviasiya, eləcə də müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb etməklə  martın 15-dən 18-dək əməliyyat-taktiki təlimlər keçirəcək.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan təcrübədən də çıxış edilərək döyüş hazırlığını daha da təkmilləşdirməklə yanaşı, terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqlar da yerinə yetiriləcək. 

Ermənistanda revanşizm haqqında düşünənlər və onları buna sürükləyən qüvvələr yəqin ordumuzun keçirdiyi təlimlərin nə demək olduğunu anlayırlar"- millət vəkili qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO