sonnoqte.az
Xəbər başlıqları
  • 12:50 – Prezident: Azərbaycan Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir 
  • 11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 
  • 22:25 – "ABŞ-ın strateji tərəfdaşı olmaq böyük şərəfdir" - Prezident 

"Putin Lukaşenkonu buna məcbur edir"- Ukraynalı polkovnik

11-05-2022, 09:47 259 dəfə baxılıb

"Putin Lukaşenkonu buna məcbur edir"- Ukraynalı polkovnik


Rusiyanın Ukraynadakı dəmir yoluna raket zərbələri cəbhə xəttinə silah və hərbi texnikanın çatdırılmasını çətinləşdirə bilər.

Bunu RBC-Ukraynaya müsahibəsində ukraynalı hərbçi, ehtiyatda olan polkovnik Oleq Jdanov deyib.

"Fakt budur ki, biz onu (silahları) müxtəlif yollarla gətirə bilərik. Amma təcavüzkar çalışır, çünki bu gün onun çatdırılmalara müdaxilə etmək üçün başqa yolu yoxdur", - ekspert qeyd edib. .

Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin Ukraynaya silah tədarükünün qarşısını almaq üçün özünü Belarus prezidenti adlandıran Aleksandr Lukaşenkoya təzyiqlərini davam etdirəcək.

"Mən başa düşdüyüm kimi, yaxın vaxtlarda Putinlə Lukaşenko arasında yenidən görüş baş tutacaq... Məncə, Putin yenidən Lukaşenkonu Belarus ordusunu Lutsk - Lvov istiqamətində zərbə endirməyə məcbur edəcək. Baxmayaraq ki, Lukaşenko hələ müharibənin ilk günlərində Putinin bu niyyətini rədd edib. Düşünürəm ki, bu gün Lukaşenko buna getməyəcək və buna inanmıram.  Ancaq Putin ona çox təzyiq göstərəcək", - Jdanov hesab edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO