sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

Türkiyə Rusiyadan ikinci S-400 alayını alacaq

27-04-2022, 09:00 170 dəfə baxılıb

Türkiyə Rusiyadan ikinci S-400 alayını alacaq


Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin (SAM) ikinci alayının alınması imkanını nəzərdən keçirir.
 "Report" bildirir ki, bu barədə ölkənin müdafiə sənayesi departamentinin rəhbəri İsmayıl Dəmir bildirib.

"Rusiya ilə müqavilə imzalandığı andan planlaşdırılan ikinci S-400 alayının alınması ilə bağlı danışıqlar davam edir", - müdafiə rəsmisi deyib.

Qeyd edək ki, 2020-ci ilin avqustunda Rusiya və Türkiyə arasında S-400 "Triumf" zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair müqavilə imzalanıb.

Rusiya və Türkiyə 2017-ci ildə S-400 hava hücumundan müdafiə sisteminin dörd divizionunun tədarükü üçün 2,5 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb, Türkiyə tərəfinə tədarüklər 2019-cu ilin yay və payız aylarında həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO