sonnoqte.az
Xəbər başlıqları
  • 13:27 – İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 
  • 11:54 – İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 

Kadırovdan Mariupolla bağlı təşviş yaradan AÇIQLAMA

21-04-2022, 09:03 261 dəfə baxılıb

Kadırovdan Mariupolla bağlı təşviş yaradan AÇIQLAMA


Rusiyanın Ukraynaya hücumlarının ilk günündən Rusiya Prezidenti Vladimir Putini dəstəkləyən Çeçenistan lideri Ramzan Kadırov Mariupol şəhəri barədə paylaşımı ilə diqqət çəkib.

Xarici KİV xəbər verir ki, Çeçenistan lideri həftələrdir Ukrayna müqavimətinin simvollarından biri olan şəhərin bu gün günorta saatlarında təslim olacağını yazıb:

“Nahardan əvvəl və ya sonra “Azovstal” tamamilə Rusiya Federasiyası qüvvələrinin nəzarəti altında olacaq”, - Kadırov bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Ukrayna qüvvələrinin Mariupolda Rusiyanı məğlub etmək üçün kifayət qədər ciddi və ağır silahları olmadığını açıqlamışdı.

Xatırladaq ki, Mariupol ələ keçirilərsə, Rusiya Ukraynanın Qara dəniz sahil xəttinin 80 faizindən çoxuna tam nəzarəti ələ keçirəcək, dəniz ticarətini kəsəcək və onu dünyadan daha da təcrid edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO