sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

İsveçdə kütləvi iğtişaşlar davam edir - FOTO

18-04-2022, 09:16 214 dəfə baxılıb

İsveçdə kütləvi iğtişaşlar davam edir - FOTO


İsveçin bir neçə şəhərində antiislam aksiyasına cavab olaraq kütləvi iğtişaşlar üç gündür davam edir.
“Qafqazinfo” xəbər verir ki, danimarkalı ekstremist sağçı partiya “Ştram Kurs”un rəhbəri Rasmus Paludanın Quranı yandırması bir neçə şəhərdə etirazlarla qarşılanıb. Etiraz edənlər Norrşöpinq, Linşöpinq, paytaxt Stokholm və Örebro şəhərlərinin küçələrinə toplaşıblar. Aksiyalar polislə kütləvi toqquşmalar ilə müşayiət olunub. Hətta etirazçılardan biri avtomobili çevik qüvvələrin üzərinə sürüb. Sürücü həbs edilib və qəsdən adam öldürməyə cəhd maddəsi ilə mühakimə olunacaq.

Malmödə etirazçılar təkər və yol kənarında olan müxtəlif avtomobilləri və bir avtobusu yandırıb.

Norşöpinq şəhərində bazar günü toqquşmalarda daş-qalaq olunan polis qüvvələri rezin güllələr ilə etirazçılara atəş açıb. Hadisə nəticəsində azı üç nəfər aksiyaçının xəsarət aldığı deyilir, bir nəfər isə ayağından güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Üç gün davam edən iğtişaşlar nəticəsində, onlarca polis əməkdaşının xəsarət aldığı bildirilir, bir neçə aksiyaçı da saxlanılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO