sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Aİ Ukraynanın hərbi əməliyyatlardan sonra bərpası üçün fond yaradacaq

25-03-2022, 11:15 166 dəfə baxılıb

Aİ Ukraynanın hərbi əməliyyatlardan sonra bərpası üçün fond yaradacaq


Oxu.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya yardımı davam etdirəcək, hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin bərpasına kömək edəcəklər. Bu barədə Aİ-nin bəyanatında deyilir.

“Bu məqsədlə Avropa Şurası Ukrayna ilə həmrəylik uğrunda etimad fondu yaratmağa razıdır və beynəlxalq tərəfdaşlarını iştiraka dəvət edir”, - deyə sənəddə bildirilir.

Bundan əlavə, Aİ ölkələrinin dövlət və hökumət başçıları Avropa Komissiyasını lazımi islahatların aparılmasına kömək etmək üçün Ukraynaya texniki yardım göstərməyə davam etməyə çağırıblar.

Eyni zamanda, Aİ liderləri, zərurət yaranarsa, Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bəyan ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO