sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

"Putin uduzur, bu addıma məcbur olacaq" - Geraşenko

9-03-2022, 09:48 305 dəfə baxılıb

"Putin uduzur, bu addıma məcbur olacaq" - Geraşenko


Ukrayna və Rusiya artıq danışıqların 3 raundunu keçirib. Nəticə yalnız humanitar dəhlizlərdir, o da kağız üzərində.

"Axar.az xəbər verir ki, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

O bildirib ki, Rusiya ordusu nasistdir, ona görə də təxliyə kolonlarını və mülki əhalini atəşə tutur:

“Ancaq qısa müddətdən sonra danışıqlar fərqli olacaq. Çünki o danışıqlarda Putin maraqlı olacaq.

Putin – faşistdir, nasistdir, o, yaxşı bilir ki, bizim insanlar mühasirədə zirzəmilərdədir. Mariupoldan başqa Kiyevətrafı şəhərlərdə də vəziyyət gərgindir. İnsanlar orda susuz, qida və dərmansız dəhşətli ölümlə üz-üzədir. Xarkovda vəziyyət az-çox sakitdir. Kiyevdən isə artıq çoxları gedib”.

Geraşenkonun sözlərinə görə, mübarizə qabaqdadır:

“Ancaq Putin artıq uduzub. Rusiya subyektivliyini itirib. Bizə müəyyən vaxta qədər gözləmək lazımdır və Putin özü danışıqlara gedəcək. Biz həm də illərdir Putinin əlində qalan Rusiya üçün savaşırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO