sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

Rusiyalı general Putini istefaya çağırdı: "Rusiyanın varlığına və həyati maraqlarına təhdiddir"

11-02-2022, 10:16 229 dəfə baxılıb

Rusiyalı general Putini istefaya çağırdı: "Rusiyanın varlığına və həyati maraqlarına təhdiddir"


Ümumrusiya Zabitlər Assambleyası Rusiya-Ukrayna qarşıdurması ilə bağlı müraciəti ölkə rəhbərliyinə müraciət ünvanlayıb. 

Assambleyanın sərdi general-polkovnik Leonid İvaşovun imzaladığı müraciət qurumun saytında dərc olunub. Həmin müraciət çoxsaylı Rusiya və xarici ölkə medialarında yer alıb.

“Znak.com” xəbər verir ki, burada Rusiya siyasi elitasının Ukrayna ətrafında vəziyyətin gərginləşməsinə görə də məsuliyyət daşıdığı qeyd olunub.

“Rusiyalı zabitlər olaraq biz Rusiya Federasiyasının prezidentindən Qərbin birləşmiş qüvvələrinə qarşı təkbaşına qalacağı müharibəyə təhrik etmək kimi cinayətkar siyasətdən əl çəkməyi tələb edirik. Rusiya Federasiyası Konstitusiyasının 3-cü maddəsinin praktikasına əsaslanaraq istefa vermək lazımdır”, - açıq məktubda deyilir.

Müraciətdə daha sonra deyilir: “Xarici təhdidlərə gəlincə, onlar, şübhəsiz ki, mövcuddur. Lakin bizim ekspert qiymətləndirməmizə görə, onlar hazırda kritik deyil. Putinin hakimiyyəti birbaşa Rusiyanın varlığını və həyati maraqlarını təhdid edir.

Mübahisə etmək olar ki, həqiqətən də təhlükə var - ölkə öz tarixini tamamlamaq ərəfəsindədir. Demoqrafiya da daxil olmaqla, bütün həyati əhəmiyyət kəsb edən sahələr durmadan deqradasiyaya uğrayır və əhalinin yox olma sürəti dünya rekordlarını qırır. Deqradasiya isə sistem xarakteri daşıyır və istənilən mürəkkəb sistemdə elementlərdən birinin məhv edilməsi, bütün sistemin dağılmasına səbəb ola bilər”.

Məktubda sonda deyilir: “Üstəlik, Rusiya mütləq sülhü və beynəlxalq təhlükəsizliyi təhdid edən ölkələr kateqoriyasına düşəcək və ən ağır sanksiyalara məruz qalacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO