19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi
10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub
09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto
09:00 – Azərbaycanda Anım Günüdür!
Qazaxıstanda meşə yanğını şəhərə sıçradı - 35 ev külə döndü + Video
11-05-2021, 10:24
335 dəfə baxılıb
Qazaxıstanın şərqində güclü meşə yanğını baş verib.
Ridder şəhərinə də sıçrayan yanğın nəticəsində 35 ev külə dönüb, bir nəfər ölüb, iki vətəndaş ağır xəsarət alıb.
Ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlama yayaraq bildirib ki, axşam saatlarında ölkənin şərqindəki 300 hektarlıq meşədə yanğın baş verib. Güclü külək səbəbindən yanğın daha da böyüyüb.
Qeyd edilib ki, şəhər sakinləri təhlükəsiz bölgəyə təxliyyə edilib. 208 nəfərlik xilasetmə briqadası, “Mi-8” və “Mi-2” helikopterləri yanğını söndürməyə çalışır.
İlkin məlumata görə, yanğın meşədə ehtiyatsızlıqdan olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: